Bu ilin martın 31-nə "Bank BTB"nin cəmi aktivləri 356,788 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,5% azdır.
Eləcə də bax: «Bank BTB» 2022-ci ilə zərərlə başladı, qənaətə keçib – BANK HESABATI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, aktivlərin əsas hissəsini təşkil edən (72,7%) müştərilərə verilmiş xalis kreditlərin həcmi ilin əvvəlindən 1,4% azalaraq 259,449 mln. manata enib.
Bankın öhdəlikləri də ilin əvvəlindən 0,6% azalaraq 305,132 mln. manata enib. Öhdəliklərin əsasını (50,2%) təşkil edən maliyyə institutlarının kreditləri ilin əvvəlindən 0,6% azalaraq 153,287 mln. manat təşkil edib. Depozit portfeli də ilin əvvəlindən 0,7% azalaraq rübün yekununda 146,686 mln. manat təşkil edib.
Qeyd edək ki, "Bank BTB"nin kreditlərin depozitlərə nisbəti ("Loan-to-Deposit Ratio" - LDR) 176,9% təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azdır. LDR bank sektorunun və ya fərdi bankın likvidliyini qiymətləndirmək üçün istifadə olunan göstəricilərdən biridir.
Bundan əlavə, martın 31-nə bankın cəmi kredit portfeli (əsas məbləğ və faizlər üzrə borclar) 265,175 mln. manat olub. Əsas məbləğin (261 411 mln. manat) 8,5%-ni 90 gündən artıq vaxtı keçmiş (problemli) kreditlər təşkil edib. Sözügedən nisbət ilin əvvəlindən 1,2 faiz bəndi artıb.
Nəticədə, əsas məbləğ və ya faiz borclarının (3,764 mln. manat) ödənilməsi 90 gündən çox gecikdirilmiş aktivlər üzrə hesablanmış faizlər 1,951 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6% artıb. (Apa)