"Bank Avrasiya" 2024-cü ilin son rübünə olan hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bank ötən ili 3,9 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu 2023-cü ilin sonu ilə müqayisədə 2,7 milyon manata yaxın, başqa sözlə 41% azdır. Bankın ödədiyi mənfəət vergisinin həcmi də son bir il rəzində 629 min manat (30%) azalaraq 1,5 milyon manata düşüb.
Hesabat dövründə bankın faiz gəlirləri 667 min manat və ya 4% azalaraq 15 milyon 114 min manat, faiz xərcləri isə 857 min manat və ya 27% azalaraq 2 milyon 271 min manat təşkil edib.
Bu dövrdə bank müştərilərinə verdiyi kreditlərdən 12 milyon 717 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 278 min manat və ya 2% çoxdur.
Beləliklə xalis faiz gəlirləri 11 milyon 858 min manat olub ki, bu da illik müqayisədə 711 min manat və ya 6% azdır.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 2 milyon 611 min manat, qeyri-faiz xərcləri isə 8 milyon 818 min manata bərabər olub.
İllik müqayisədə gəlirlər 275 min manat (12%), xərclər isə 394 min manat (5%) artıb.
Beləliklə, bank bu dövrdə 5 milyon 650 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 830 min manat (13%) azdır.
Son rübün yekununda bankın aktivləri 9% və ya 16,4 milyon manat artaraq 200 milyon 977 min manata çatıb. Qiymətli kağızlara yatırımlarda 7 milyon 290 min manat (26,8 dəfə) azalma baş verib və 283,4 min manata yüksəlib.
Bu dövrdə “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1% (1 milyon 5 min manat) artaraq 136 milyon 164 min manata düşüb.
Kredit portfelinin 14 milyon 507 min manatını istehlak kreditləri, 62 milyon 480 min manatını biznes kreditləri, 59 milyon 177 min manatını isə ipoteka kreditləri təşkil edib.
Son bir ildə istehlak kreditləri 968 min manat (6%), biznes kreditləri 3 milyon 735 min manat (6%) azalıb, ipoteka kreditləri isə 3 milyon 697 min manat (7%) artıb.
Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 116 milyon 333 min manat təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 233 min manat və ya 12% çoxdur.
Hesabat dövründə bankın depozit portfeli də 14 milyon 530 min manat və ya 30% artaraq 63 milyon 14min manata çatıb.
Depozit portfelinin 56 milyon 448 min manatını fiziki şəxslərin əmanətləri, 6 milyon 567 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 13 milyon 998 min manat və ya 33% artasa da, hüquqi şəxslərin depozitləri cəmi 533 min manat (9%) artıb..
2024-cü ilin sonunda “Bank Avrasiya”nın cəmi kapitalı əvvəlki ilin sonui llə müqayisədə 4 milyon 206 min manat və ya 5% artaraq 86 milyon 645 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 17 milyon 870 min manat, başqa sözlə 2,3 dəfə azalaraq 7 milyon 244 min manata düşüb.
XƏBƏR YENİLƏNİR...