"Bank Avrasiya" ASC-nin müştərilərə verdiyi xalis kredit portfeli isə demək olar ki, dəyişməyərək 123,4 milyon manat səviyyəsində qalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir.
Bununla belə, portfelin daxili strukturunda ciddi dəyişikliklər baş verib. İstehlak kreditləri 8,6 milyon manat (59,3%) artaraq 23,1 milyon manata çatdığı halda, biznes kreditləri 6,9 milyon manat (11,1%) azalaraq 55,6 milyon manata enib. Daşınmaz əmlak kreditləri də cüzi azalaraq 58,4 milyon manat təşkil edib. Azalma 729 min manat, başqa sözlə 1,2% təşkil edib.











