"Bank Avrasiya" 2025-ci ilin ilk rübünə olan hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bank bu rübü 2 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon manata yaxın, başqa sözlə 64% çoxdur. Bankın bu dövrdə mənfəət vergisi ödəməyib.
Hesabat dövründə bankın faiz gəlirləri 362 min manat və ya 10% artaraq 3 milyon 961 min manat, faiz xərcləri isə 31 min manat və ya 5% azalaraq 574 min manat təşkil edib.
Bu dövrdə bank müştərilərinə verdiyi kreditlərdən 3 milyon 321 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 198 min manat və ya 6% çoxdur.
Depozitlər üzrə faiz xərcləri təxminən 30 min manat (41%) artaraq 103 min manata yaxınlaşıb.
Beləliklə xalis faiz gəlirləri 2 milyon 927 min manat olub ki, bu da illik müqayisədə 311 min manat və ya 12% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 717 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 255 min manata bərabər olub.
İllik müqayisədə gəlirlər 188 min manat (36%), xərclər isə 596 min manat (36%) artıb.
Qeyri-faiz gəlirlərinin 239 min manatı haqq və komissiya gəlirlərinin payına düşüb ki, bu da illik 238 min manat və ya 49% azdır.
Hesabat dövründə əmək haqqı xərcləri 1 milyon 40 min manat, ümumi və inzibati xərclər 156 min manat, amortizasiya xərcləri 157 min manat, digər xərclər isə 902 min manat olub.
Əvvəlki illə müqayisədə əmək haqqı xərcləri 299 min manat (40%), ümumi və inzibati xərclər 37 min manat (31%), amortizasiya xərcləri 14 min manat (10%), digər xərcləri isə 246 min manat (38%) artıb.
Beləliklə, bank bu dövrdə 1 milyon 389 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2024-cü ilə nisbətən 97 min manat (7%) azdır.
Bu ilin ilk rübünün nəticələrinə görə "Bank Avrasiya"nın aktivləri ötən ilin sonuna nisbətən 2% və ya 4 milyon 577 min manat azalarq 196 milyon 400 min manata çatıb.
Bunun da 35 milyon 80 min manatı nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərdir ki, bu ötən ilin sonu ilə müqayisədə 6 milyon 852 min manat (24%) çoxdur.
Qiymətli kağızlara yatırımlar dəyişməyərək 283,4 min manata bərabər olub.
Bu dövrdə “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3% (4 milyon 537 min manat) azalaraq 131 milyon 627 min manata düşüb.
Kredit portfelinin 15 milyon 101 min manatını istehlak kreditləri, 59 milyon 197 min manatını biznes kreditləri, 57 milyon 330 min manatını isə ipoteka kreditləri təşkil edib.
Son 3 ayda istehlak kreditlərinin həcmi 594 min manat (4%) artıb, biznes kreditləri portfeli 3 milyon 283 min manat (5%) azalıb, ipoteka kreditləri portfeli isə 1 milyon 847 min manat (3%) kiçilib.
Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 109 milyon 905 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 6 milyon 427 min manat və ya 6% azdır.
Hesabat dövründə bankın depozit portfeli də 5 milyon 635 min manat və ya 9% kiçilərək 57 milyon 380 min manata düşüb.
Depozit portfelinin 54 milyon 209 min manatını fiziki şəxslərin əmanətləri, 3 milyon 171 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 2 milyon 239 min manat və ya 4%, hüquqi şəxslərin depozitləri cəmi 3 milyon 396 min manat (2 dəfə) kiçilib.
2025-cü ilin I rübünün nəticələrinə görə “Bank Avrasiya”nın cəmi kapitalı əvvəlki ilin sonui llə müqayisədə 1 milyon 850 min manat və ya 2% artaraq 86 milyon 495 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 1 milyon 975 min manat, başqa sözlə 19% artaraq 12 milyon 578 min manata bərabər olub.