Azərbaycan Mərkəzi Bankı "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini (2026-cı ilin yanvar ayı üzrə)" dərc edib.
"Bank Avrasiya"ya biznes kreditləri ilə bağlı müraciət edənlərin sayı azalır - PORTFEL KİÇİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ən yuxarı şikayət indeksi (qırmızı zona) "Bank Avrasiya" və "AFB Bank"dadır.
"Bank BTB", "Turanbank", "Unibank", "AccessBAnk", "Bank of Baku", "Yapı Kredi Bank Azərbaycan" və "Rabitəbank" orta şikayət indeksində (sarı zonada) qərarlaşıblar.
Aşağı şikayət indeksi zonasında (yaşıl zona) "PAŞA Bank", XalqBank", "Bank Respublika", "Azər-Türk Bank", "Kapital Bank", "Bank VTB Azərbaycan", "Yelo Bank", ABB (Azərbycan Beynəlxalaq Bankı) və "Expressbank" yer tutublar.
Şikayət indeksinin izahı: İndeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır.
Banklar üzrə şikayət indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı / Müştərilər üzrə bazar payı
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayətlər, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur
“Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.











