Bu ilin II rübündə ASB-nin cəmi öhdəlikləri 5 milyon 304 min manat və ya 1% artaraq 601 milyon 67 min manat olub, depozit portfeli 1 milyon 198 min manat və ya 0.3% azalaraq 435 milyon 427 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Depozit portfelində fiziki şəxslərin əmanətləri son bir il ərzində 18 milyon 355 min manat və ya 6% azalaraq 299 milyon 428 min manata düşüb.
Hüquqi şəxslərin depozitləri isə 17 milyon 157 min manat və ya 14% artaraq 136 milyon manata bərabər olub.