“Azərbaycan Sənaye Bankı” 2024-cü ilin 2-ci rübünü 2 milyon 899 min manat xalis mənfəət ilə başa vurub.
Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 1 milyon 979 min manat olmuşdu. Bu da illik müqayisədə mənfəətin 920 min manat və ya 47% artım deməkdir.
FED.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə banın faiz gəlirləri 17 milyon 489 min manat, kreditlər üzrə 8 milyon 106 min manat, banklardakı depozitlər üzrə faiz gəlirləri isə 9 milyon 118 min manat təşkil edib. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 1 milyon 498 min manat (9%), kreditlər hesabına əldə edilən faiz gəlirləri, 762 min manat (10%), depzotlər üzrə faiz gəlirləri isə 946 min manat (12%) artıb.
Bu dövrdə faiz xərcləri 9 milyon 93 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 160 min manat və ya 15% çoxdur.
Ən yüksək xərc isə depozitlər üzrə faiz xərcləri olub - 5 milyon 494 min manat (500 min manat və ya 10% artım)
Beləliklə “Azərbaycan Sənaye Bankı”ın xalis faiz gəlirləri 8 milyon 396 min manat təşkil edib ki, bu da son bir ildə 340 min manat və ya 4% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 7 milyon 352 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 2 milyon 334 min manat (47%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 2 milyon 40 min manat (20%) artaraq 12 milyon 502 min manata, əmək haqqı xərcləri 359 min manat (12%) artaraq 3 milyon 384 min manata yüksəlib.
Bu ilin iyul ayının 1-nə ASB-nin aktivləri 718 milyon 339 min manat olub ki, bunun 258 milyon 523 min manatı müştərilərə verilən kreditlərdir.
Bankın aktivlərində 10 milyon 805 min manat (2%), kredit portfelində 17 milyon 753 min manat (7%) artım baş verib.
Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 5 milyon 304 min manat və ya 1% artaraq 601 milyon 67 min manat olub, depozit portfeli 1 milyon 198 min manat və ya 0.3% azalaraq 435 milyon 427 min manat təşkil edib.
Depozit portfelində fiziki şəxslərin əmanətləri son bir il ərzində 18 milyon 355 min manat və ya 6% azalaraq 299 milyon 428 min manata düşüb. Hüquqi şəxslərin depozitləri isə 17 milyon 157 min manat və ya 14% artaraq 136 milyon manata bərabər olub.
Balans kapitalı isə 117 milyon 271 min manat təşkil edib.