"Ölkə əhalisinin təxminən 50%-i hələ də bank xidmətlərindən aktiv şəkildə istifadə etmir".
AMB: Rəqəmsallaşma istehlak kreditlərinə tələbi artırıb
FED.az xəbər verir ki, bunu "Bir" ekosisteminin Baş icraçı direktoru Fərid Məmmədov bildirib.
Məmmədov "Qarşımızda böyük hədəflər var" deyərək qeyd edib:
"Rəqəmsallaşma istiqamətində ölkəmizin böyük potensialı var və biz bunu reallığa çevirmək istəyirik. Hazırda Azərbaycanın e-ticarətdən istifadə göstəricisi 2% təşkil edir ki, bu da Qazaxıstan (13.4%) və Türkiyə (15.9%) kimi qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Həmçinin bu fərq Azərbaycanın e-ticarət sektorunda güclü inkişaf potensialına malik olduğunu göstərir. Ölkə əhalisinin təxminən 50%-i hələ də bank xidmətlərindən aktiv şəkildə istifadə etmir. Rəqəmsallaşma isə onların bankçılıq və e-ticarət sektorlarına inteqrasiyasına imkan yaradaraq, həm maliyyə inklüzivliyini artırır, həm də ölkə iqtisadiyyatının uzunmüddətli dayanıqlılığına töhfə verir".
"Bir" ekosisteminin Baş icraçı direktoru əlavə edib ki, "hazırda istifadəçilər üçün daha fərdiləşdirilmiş təcrübə yaratmaq üzərində işləyirik": "Yəni, hər müştəriyə öz seçimlərinə, maraqlarına və ehtiyaclarına uyğun xidmətlər təklif ediləcək. Ən əsası biz davamlı inkişaf prinsipi ilə çalışırıq. Bu o deməkdir ki, ekosistemin böyüməsi yalnız xidmətlərin artması demək deyil. Biz mövcud xidmətləri daha da təkmilləşdirib onların müştərilərə maksimum dəyər qatmasını təmin edirik".