"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin (RH) tərkibində dəyişiklik olub.
Yanvarda bankların kredit portfeli 27,5 milyard manatı keçib
FED.az ABA-ya istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun Ümumi Yığıncağında qəbul edilib.
Qərara əsasən, "Kapital Bank" ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Rövşən Allahverdiyev və "Xalq Bank" ASC-nin MŞ-nın sədri Asim Məmmədli RH-dən kənarlaşdırılıb, onların yerinə "Kapital Bank"ın İdarə Heyətinin (İH) sədri Fərid Hüseynov və "Xalq Bank"ın İH-nin sədri Kamran Məcidov seçiliblər. RH-nin sədri “Rabitəbank” ASC-nin MŞ-nın sədri Zakir Nuriyev qalıb, digər üzvlər isə aşağıdakı kimi saxlanılıb:
- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İH-nin sədri Abbas İbrahimov,
- "PAŞA Bank" ASC-nin İH-nin sədri Cavid Quliyev;
- “Bank Respublika” ASC-nin MŞ-nın sədri Şakir Rəhimov;
- “Bank of Baku” ASC-nin MŞ-nın sədri Elçin İsayev;
- “Unibank” ASC-nin MŞ-nın sədri Eldar Qəribov;
- “Yapı Kredi Bank Azərbaycan” ASC-nin İH-nin sədri Cenk Yüksel;
- “Ziraat Bank Azərbaycan” ASC-nin İH-nin sədri Səlcuq Dəmir;
- “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin sədri Məmməd Musayev;
Yığıncaqda həmçinin ABA və törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatı, 2025-ci il üzrə iş planı, Assosiasiyanın 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileylərinin keçirilməsi ilə bağlı tədbirlər planı müzakirə edilib.
ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək, fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 22 bank və 2 BOKT, 4 digər təşkilat ABA-nın üzvüdür.