Cari ilin ilk rübündə "Azər Türk Bank" 674 milyon 410 min manat kredit portfelinə malik olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
"Azər Türk Bank"ın kredit portfelinin həcmi son 3 ayda 306 milyon 914 min manat (84%) böyüyüb.
Onun da 238 milyon 675 min manatını istehlak, 252 milyon 820 min manatını biznes kreditləri, 182 milyon 914 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-ci iin sonu ilə müqayisədə istehlak kreditləri 64 milyon 233 min manat (37%), biznes kreditləri 208 milyon 978 min manat, 33 milyon 702 min manat (23%) böyüyüb.
Ümumi kredit portfelinin 10 milyon 982 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 663 milyon 427 min manat olub ki, bu da son bir ildə 302 milyon 476 min manat, başqa sözlə 84% artım deməkdir.