"Bank Of Baku"nun depozit portfelində cari ilin ilk rübündə də artım müşahidə olunub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Belə ki, bu dövrdə bank 569 milyon 558 min manat depozit portfelinə malik olub. Onun da 521 milyon 89 min manatı fiziki, 48 milyon 469 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-ci ilin sonu ilə müqayisədə depozit portfeli 53 milyon 790 min manat (10%), fiziki şəxslərin depozitləri 45 milyon 410 min manat (10%), hüquqi şəxslərin depozitləri isə 8 milyon 310 min manat (21%) artıb.