2025-cü ilin ilk rübündə "Azər Türk Bank" 1 milyard 956 milyon manat aktivlərə malik olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Aktivlərin 316,9 milyon manatını nağd pul vəsaitləri, 205,4 milyon manatını ticarət və qiymətli kağızlara yatırımlar, 806,4 milyon manatını isə kredit portfeli təşkil edib.
ATB-nin cəmi kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 6,4 milyon manat və ya 0,8% böyüyüb.
O cümlədən, "Azər Türk Bank"ın istehlak kreditləri portfeli 5,8 milyon manat (2%) artaraq 301,2 milyon manata, biznes kreditləri portfeli 304,7 milyon manata, ipoteka kreditləri portfeli 7,9 milyon manat və ya 4% artaraq 200,5 milyon manata çatıb.