Cari ilin III rübündə ölkənin ən böyük bankı olan "Azər Türk Bank"da əmək haqqı xərcləri 19 milyon 939 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı xərclərində 5 milyon 737 min manat (40,4%) artım qeydə alınıb.
2023-ci ilin III rübündə bu göstərici 14 milyon 202 min manat təşkil edib.