"Azər Türk Bank"-da müştərilərin əmanətlərində artım tendensiyası davam edir.
"Azər Türk Bank"ın kredit portfeli kəskin böyüyüb- BİZNES KREDİTLƏRİNİN PAYI 10% ARTIB
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin III rübündə "Azər Türk Bank"ın depozit portfeli 928,4 milyon manat təşkil edib.
Onun da 207,2 milyon manatı fiziki şəxslərin, 721,2 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfeli 506,4 milyon manat (2,2 dəfə), fiziki şəxslərin əmanətləri son 9 ayda 5,4 milyon manat (3%), şirkətlərin əmanətləri isə 501 milyon manat (3,3 dəfə) böyüyüb.
Ötən ilin eyni dövründə ATB 422 milyon manat depozit portfelinı malik olub. Onun da 201,8 milyon manatı fiziki şəxslərin, 220,1 milyon manatı hüquqi şəxslərin payına düşüb.