Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna Azər Türk Bank tərəfindən 50 min manat və Bankın əməkdaşları tərəfindən əlavə olaraq 40 min manat (cəmi 90 min manat) vəsait köçürülüb.
Eləcə də bax: "Azər Türk Bank" əhalinin özünüməşğulluq proqramına dəstəyini - Davam Etdirir
FED.az xəbər verir ki, bankın kollektivi Vətən naminə canından keçən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizə can sağlığı arzu edir.
Qeyd edək ki, 08 Dekabr 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Fond sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədi ilə yaradılıb.
Azər Türk Bank bundan öncə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat miqdarında vəsait köçürmüşdür.