Dövlət bankı Azər Türk Bank, müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ müştərilərin, habelə mikro, kiçik və orta sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsini, onların bizneslərinə maddi dəstəyini davam etdirir.
Eləcə də bax: “Azər Türk Bank”da kredit kampaniyası - DAVAM EDİR - ŞƏRTLƏR
Belə ki, biznes nümayəndələrinin maliyyələşməyə ehtiyacları geniş çeşiddə olan kredit məhsulları, eyni zamanda qarantiya və akkreditivlər hesabına təmin olunur. Azər Türk Bank öz vəsaitləri hesabına ayrılan kredit məhsulları ilə yanaşı, müxtəlif dövlət fondlarının (İpoteka və Kredit Zəmanət Fondu, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi) müvəkkil təşkilatı olaraq, müştərilərinə dövlət zəmanəti ilə təmin edilmiş, güzəştli şərtləri və uzun müddətli, habelə faiz xərcləri subsidiyalaşdırılan kreditləri də təklif etməkdədir.
Sahibkarlar Azər Türk Bank vasitəsilə fondlar hesabına 10,000,000 manatadək olan vəsaitləri illik 5%-dən başlayan faiz dərəcəsi ilə və 10 il müddətinədək rəsmiləşdirilmiş güzəştli kredit şəklində əldə edə bilərlər. Bundan əlavə, kənd təsərrüfatı sahəsində fəaliyyətdə olan sabihkarlar tərəfindən lazımi texnika və damazlıq heyvanların alış qiymətlərinin, müvafiq olaraq, 40% və 60%-dək hissəsi miqdarında subsidiyanın alınması da mümkündür.
Həmçinin Bankın “Yasamal” filialının yerləşdiyi ünvanda (İ. Qutqaşınlı küçəsi, 89) fəaliyyət göstərən “Kiçik və Orta Biznes Kreditləri Mərkəzində” mikro, kiçik və orta biznes sahibləri çevik, güzəştli və sadə şərtləri olan kreditlərdən faydalana bilərlər.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.