Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini 31 avqust 2022-ci il tarixinədək uzatdı.
İllik faiz dərəcəsi 13%-dən başlayan bu kreditlər 48 ay müddətinədək verilir.
Müştərilər, özlərinin aylıq gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə bilərlər. Təminatsız verilən kreditin məbləği maksimum 15 000 manatdır.
Azər Türk Bankdan kredit əldə etmək asan və rahatdır. Belə ki, hər bir şəxs Banka gəlmədən, atb.az saytında istehlak krediti bölməsinə daxil olur. Online sifariş üçün açılan pəncərədə kreditin məbləğini, müddətini təyin edir. Daha sonra FİN kod daxil edilir. Sifariş et düyməsinə toxunmaqla əməliyyat başa çatır. Müştəri Bankın məsafəcə ən yaxın filialında kredit vəsaitini əldə edir.
Qeyd edək ki, kreditlər üzrə ödənişləri banka gəlmədən, atb.az saytına daxil olmaqla, online qaydada, atb360 mobil tətbiqi, Bankın terminalları, eləcə də MilliÖn və E-manat terminalları vasitəsilə heç bir komissiyasız yerinə yetirmək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.