Dövlət bankı Azər Türk Bank cari ilin sentyabr ayından etibarən ali məktəblərin bakalavr pilləsinin məzunları və magistr tələbələr üçün “Rəqəmsal imkanlar” adlı təcrübə proqramına start verəcəkdir.
Eləcə də bax: "Azər Türk Bank" illik 5%-dən başlayan - 10 İLLİK KREDİTLƏR VERİR
Gənc mütəxəssislərə karyera imkanlarının yaradılması məqsədi ilə təşkil olunmuş bu layihədə universiteti yeni bitirmiş və bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslar üzrə təhsil almış şəxslərə üstünlük veriləcəkdir.
Baş ofis və rəqəmsal filiallarda reallaşdırılacaq proqramın müddəti 3 aydır. Bu müddət ərzində iştirakçılar bankın real iş mühiti ilə tanış olacaq, praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər. Proqramı uğurla yekunlaşdıran təcrübəçilərin yaranacaq vakansiyalar üzrə namizədliyinə Bank tərəfindən baxılması nəzərdə tutulub.
Proqramda iştirak etmək istəyən şəxslər 15 sentyabr tarixinədək bu keçid vasitəsilə Banka müraciət edə bilərlər.
Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə etmək olar.