Oktyabrın 5-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank” ASC-nin daşınar əmlaklarının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
Eləcə də bax: "Gəncə Bank", “Texnika Bank” və “Amrah Bank”ın əmlakları - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət 2 ədəd "Hitachi" və 1 ədəd "Panasonic" markalı kondisionerlərdən, 1 ədəd "Maktek" markalı kombidən, 6 ədəd kombi radiatorundan, 9 ədəd kameradan, 1 ədəd bunker seyf qapıdan və 1 ədəd bunker dəmir barmaqlıqdan gedir. Əmlaklara ümumilikdə 3 520 manat qiymət qoyulub.