2024-cü ildə "AFB Bank"ın cəmi kredit portfeli 3 milyon 40 min manat və ya 2% artaraq 183 milyon 91 min manatı keçib.
FED.az bu barədə bankın rüblük ehsabatına istinadən xəbər verir.
Bank bu dövrdə müştərilərinə 21 milyon 763 min manat istehlak, 90 milyon 56 min manat biznes, 71 milyon 273 min manat ipoteka krediti verib.
İpoteka kreditlərinin həcmi 9 milyon 454 min manat (15%) artıb.