Cari ilin üçüncü rübündə "AFB Bank" ASC-nin depzoit portfeli 146 milyon 169 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, banka qoyulmuş ümumi əmanətlərin həcmi ötən doqquz ay ərzində 30 milyon 1 min manat və ya 25,8% artıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə 116 milyon 168 min manat depozit portfelinə malik idi.