Cari ilin üçüncü rübündə "AFB Bank" ASC-nin qiymətli kağızlar portfeli 42 milyon 594 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, qiymətli kağızlar portfelinin həcmi ötən doqquz ay ərzində 24 milyon 131 min manat və ya 2,3 dəfə artıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə bu rəqəm 18 milyon 463 min manat idi.