AFB Bank 01 fevral-01 may tarixlərini əhatə edən “Əmanət vergisini biz ödəyirik!” kampaniyası təqdim edir.
«AFB Bank»da fiziki şəxslərin - ƏMANƏTLƏRİ 13% ARTIB
FED.az xəbər verir ki, ampaniya çərçivəsində “Müddətli əmanət” məhsulu üzrə bankda depozit yerləşdirmiş fiziki şəxslərin 10%-li gəlir vergisi bank tərəfindən ödəniləcək.
“Əmanət vergisini biz ödəyirik!” kampaniyasının məqsədi Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən əmanət faizləri və digər gəlirlərlə əlaqədar vergidən azadolmanın 1 fevral tarixindən etibarən qüvvədən düşməsini nəzərə alıb əmanət cəlbini stimullaşdırmaqdır.
Kampaniya şərtlərinə əsasən kampaniya dövründə müştərinin əmanətini hansı müddətə yerləşdirməsindən asılı olmayaraq ilk bir il ərzində hesablanmış əmanət faizi üzrə gəlir vergisi bank tərəfindən ödəniləcək. Bu şərtlər yalnız manatla yerləşdirilmiş əmanətlərə şamil edilir. Qeyd edək ki, kampaniyanın yaratdığı imkanlardan AFB Bankda 1 fevral tarixindən etibarən “Müddətli əmanət” üzrə depozit yerləşdirmiş şəxslər faydalana bilər.
AFB Bankda müddətli əmanət şərtləri ilə əlaqəli linkdə detallı məlumat ala bilərsiniz: https://afb.az/muddetli-emanet
Daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
Xatırladaq ki, ölkənin daima inkişaf edən banklarından biri olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.