2022-ci ilin sonuna «AFB Bank»ın depozit portfeli 116 milyon 168 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, depozit portfelinin
86 milyon 349 min manatı hüquq şəxslərin, 29 milyon 820 min manatı isə fiziki şəxslərin payına düşüb.
2021-ci ilin sonu ilə müqayisədə bankda fiziki şəxslərin əmanətləri 3,5 milyon manat artıb.
Belə ki, «AFB Bank»da fiziki şəxslərin depozitlərində 13,3% və ya 3 milyon 497 min manat artım müşahidə olunub. Nəticədə fiziki şəxs depozit portfeli 2021-ci ilin sonundakı 26,3 milyon manatdan 2022-ci ilin sonunda 29,8 milyon manatadək yüksəlib.