Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” 2023-cü ilin IV rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 22 milyon 168 min manat, xərcləri isə 4 milyon 989 min manat olub.
İllik müqayisədə gəlirlər 3 milyon 924 min manat, yəni, 21,5%, xərclər isə 2 milyon 106 min manat 73,1% artıb.
Faiz gəlirlərinin 15 milyon 401 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 545,64 min manat (3,7%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 17 milyon 178 min manat təşkil edib. Bu da son bir ildə 1 milyon 818 min manat və ya 11,8% çoxdur.
Bankın qeyri-faiz gəlirləri 8 milyon 164 min manat, xərcləri isə 18 milyon 473 min manat olub.
Xərclərin 7 milyon 586 min manatı əmək haqqı, 4 milyon 709 min manatı ümumi və inzibati xərclər, 1 milyon 816 min manatı amortizasiya xərcləri, 4 milyon 632 min manatı digər xərclərin payına düşüb.
2022-ci ilin son rübü ilə müqayisədə əmək haqqı xərcləri 521,08 min manat (7,4%), ümumi və inzibati xərclər 369,78 min manat (8,5%), amortizasiya xərcləri 85,12 min manat (4,9%), digər xərcləri isə 693,90 min manat (17,6%) artıb.
Bank 2 milyon 475 min manat mənfəət vergisi ödənişindən sonra 2023-cü ilin son rübünü 7 milyon 652 min manat xalis mənfəətlə başa vurub.
2023-cü ilin son rübündə “AFB Bank” 330 milyon 667 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 48 milyon 286 min manat (17,1%) artıb.
Bankın kredit portfeli 180 milyon 50 min manat təşkil edib ki, onun da 22 milyon 7 min manatı istehlak, 96 milyon 225 min manatı biznes, 61 milyon 818 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
İllik müqayisə ilə ümumi kredit portfeli 9 milyon 196 min manat (5,4%), istehlak kreditləri 2 milyon 927 min manat, ipoteka kreditləri isə 11 milyon 717 min manat (23,4%) böyüyüb.
Bankın öhdəlikləri də 51 milyon 91 min manat (25,7%) artaraq 249 milyon 998 min manata, depozit portfeli isə 52 milyon 88 min manat (44,8%) artaraq 168 milyon 256 min manata yüksəlib.
Depozit portfelinin 73 milyon 245 min manatı fiziki şəxslərin, 95 milyon 11 min manatı isə hüquqi şəxslərin depozitləri olub. Onlar da müvafiq olaraq 43 milyon 426 min manat (2,5 dəfə) və 8 milyon 662 min manat (10%) artıb.
“AFB Bank”ın kapitalı 80 milyon 669 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəəti həcmi 426 min manat (22,2%) artaraq 7 milyon 927 min manat olub.