2023-cü ilin IV rübündə "AccessBank"ın kredit portfeli 1 milyard 13 milyon 765 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu da illik müqayidə 200 milyon 216 min manat (25%) artım deməkdir.
Kredit portfelinin 227 milyon 537 min manatını istehlak, 780 milyon 45 min manatını biznes, 6 milyon 183 min manatını isə ipoteka kreditləri təşkil edib.
İllik müqayisədə istehlak kreditlərində 53 milyon 322 min manat (31%), biznes kreditlərində 146 milyon 28 min manat (23%), daşınmaz əmlak kreditlərində isə 866 min manat artım qeydə alınıb.