Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın iki bankına 15 milyon dollar kredit ayırıb.
FED.az xəbər verir ki, QDTİB-nin ayırdığı kreditin 10 milyon dolları "Rabitəbank"ın, 5 milyon dolları "Turan Bank"ın payına düşüb.
"Rabitəbank"ın İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin bildirib ki, ayrılan kredit istehsal, ixrac ticarət və aqrar sahədə fəaliyyət göstərən kiçik və rota biznesin dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, QDTİB-nin Bakıda keçirilən 24-cü İllik Toplantısında hər iki bankla bununla bağlı əməkdaşlıq müqaviləsi imzalanacaq. (Apa)