30 sentyabr 2021-ci il tarixində Azərbaycan bankları tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 15 milyard 538,7 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi - 5,5%-ə DÜŞÜB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, müştərilərə verilmiş kreditlər 2021-ci ilin sentyabr ayında 331,9 milyon manat, 9 ay ərzində isə (ötən ilin sonuna nisbətən) 1 milyard 381,7 milyon manat artıb.
Bankların müştərilərə verdiyi cəmi kreditlər iyulda 109,6 milyon manat, avqustda isə 240,3 milyon manat artmışdı.
Biznes kreditləri 9 ay ərzində 524 milyon manat, o cümlədən sentyabr ayında 192,3 milyon manat artaraq 9 milyard 2,3 milyon manata çatıb.
İstehlak kreditləri 9 ay ərzində 577,8 milyon manat, o cümlədən sentyabr ayında 106,1 milyon manat artaraq 4 milyard 239 milyon manata yüksəlib.
İpoteka kreditləri 9 ay ərzində 279,9 milyon manat, o cümlədən sentyabr ayında 33,5 milyon manat artaraq 2 milyard 297,4 milyon manata qalxıb.