Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) qarşıdakı 2 ildə ticarətin maliyyələşdirilməsinə ayıracağı xərcləri 3 dəfəyə qədər artırmaq fikrindədir.
Eləcə də bax: Qara Dəniz Ticarət və İnkişaf Bankının manat istiqrazının – GƏLİRLİYİ AÇIQLANIB
FED.az xəbər verir ki, hazırda bu sahə Bankın investisiya portfelində 5%-lik paya malikdir.
BSTDB-nin planlarına görə, 2022-ci ilə bu rəqəm 10-15% civarına qədər artacaq.
Bundan əlavə Bank 2022-ci ilə qədər kredit portfelini 2,049 mlrd avroya çatdırmağı düşünür. Qeyd edək ki, 2019-cu ilin maliyyə hesabatına görə, Bankın kredit portfeli proqnozlaşdırılandan 92,6% yaxud 985 mln avro az yəni 1,064 mlrd avro təşkil edib..
Qeyd edək ki, Banka üzv olan 11 ölkədən biri olan Azərbaycanın bu maliyyə qurumundakı kapitalı 100 mln avrodur. Bu isə 1 mlrd 990 mln avroluq kapitala malik BSTDB-nin ümumi kapitalının 5,03%-i deməkdir. (Report)