Avqustun 17-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin daşınmaz əmlakının satışı üzrə təkrar açıq hərrac keçiriləcək.
“Dəmirbank”ın əmlakları - HƏRRACA ÇIXARILACAQ
FED.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 ünvanında yerləşən 0,8 hektar torpaq sahəsindən gedir. Əmlaka 3 milyon manat qiymət qoyulub.