"VTB tarixən xarici ticarət fəaliyyətlərinə xidmət üzrə ixtisaslaşıb, ona görə də sanksiyalar səbəbindən yaranan çətinliklərin öhdəsindən gəlmək bank üçün asan olmayıb, lakin onların əksəriyyətinin öhdəsindən gəlib".
Kostin: “VTB Azərbaycanda mövcudluğunu saxlayacaq”,
FED.az xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin VTB-nin rəhbəri Andrey Kostinlə görüşündə deyib.
“VTB tarixən ilk növbədə xarici ticarət fəaliyyətinə xidmət göstərməklə məşğul olub, bu baxımdan o, daha çox bu sahədə çalışan müştərilərlə, xarici infrastrukturla bağlı olub”, - dövlət başçısı iclası açaraq deyib. “Əlbəttə ki, VTB üçün bədxahların bizim üçün yaratdığı çətinliklərdən yayınmaq, bəlkə də, digər maliyyə institutlarına nisbətən daha çətin idi”, - o əlavə edib.
“Bununla belə, sizin səyləriniz və komandanızın səyləri sayəsində əsas çətinliklər aradan qaldırıldı”, - Putin Kostinə müraciət edərək deyib.
Putin hesab edir ki, Rusiyanın maliyyə müstəqilliyinin artması lazımi anda baş verib.
VTB-nin rəhbəri Andrey Kostinin Rusiya prezidenti Vladimir Putinlə görüşü üçün kredit təşkilatının materiallarından belə çıxır ki, VTB Qrupunun ilin birinci yarısında xalis mənfəəti 289 milyard rubla çatıb.
"2023-cü ilin altı ayının yekunlarına əsasən, xalis mənfəət 289 milyard rubl təşkil edəcək. 2023-cü ilin yekunlarına görə, təxminən 400 milyard rubl gözlənilir", - materiallarda deyilir.
Həmçinin, bankın materiallarından məlum olur ki, ilin birinci yarısında 106 mindən çox müştəri VTB-də 550 milyard rubl məbləğində ipoteka götürüb ki, bu da 2022-ci ilin eyni dövrünün nəticələrindən 27% çoxdur. Bankdakı pərakəndə müştərilərin vəsaitlərinin həcmi isə 8 trilyon rublu ötüb.
VTB-nin orta və kiçik biznes müştərilərinin kredit portfeli altı ay ərzində 16% artaraq 2,3 trilyon rublu ötüb.
VTB-nin baş direktoru Andrey Kostin deyib ki, Rusiya bank sektoru, sanksiyalara baxmayaraq, özünü təhlükəsiz hiss edir heç bir problem gözlənilmir. O, bu fikri Rusiya prezidenti Vladimir Putinlə görüşündə bölüşüb. (Marja)