2018-ci ilin ilk yarısında bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,08% artaraq 16 milyon 851 min manat, faiz xərcləri isə 23,27% artaraq 6 mln 923 min manata çatıb. Beləliklə, ilk yarım ildə bankın xalis faiz gəlirləri 24,67% artaraq 9 mln 928 min manat təşkil edib.
Bu dövrdə «Silk Way Bank» qeyri-faiz gəlirləri 25,95% artaraq 10 mln 139 min manata, qeyri-faiz xərcləri 31,72% artaraq 15 mln 154 min manata yüksəlib. Nəticədə bankın əməliyyat mənfəəti 8,93% artaraq 4 mln 912 mmin manat olub.
Bu dövrdə ban aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 7 milyon 613 min manat azaltdığına görə, sonra yekunda xalis mənfəət 12 mln 256 min manat olub. Bu, ötən ilin 2-ci rübü ilə müqayisədə 4,14 dəfə artıqdır.
Bu il mənfəətin bu qədər çox olmasının səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 7 mln 613 min manatın banka qayıtması olub.
Aktivləri kəskin azalıb, kapitalı da çatmır - BANKDAN “QIRMIZI” HESABAT
Bankın aktivləri də böyüyüb FED.az bildirir ki, 2-ci rübün sonuna bankın cəmi aktivləri 599 mln 178 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,66% artıqdır.Bank bu ilin 2-ci rübünü 522 mln 239 min manat üzrə xalis kredit portfeli ilə başa vurub ki, bu da eyni dövrə nisbətən 45,69% artım deməkdir. İlin əvvəlindən bəri isə «Silk Way Bank»ın kredit portfeli 128 mln 608 min manat artıb.
Cəmi öhdəliklər isə bu il ötən dövrə nəzərən 60,09% artaraq 468 mln 457 min manata yüksəlib. İlin əvvəlindən indiyədək isə bu göstərici 112 mln 367 min manata yüksəlib. Öz növbəsində cəmi kapitalda ötən ilin eyni dövrü ilə müqayisədə 10,09% artım varsa, ilin əvvəlinə nəzərən bu göstərici 22,64% artaraq 130 mln 721 min manata yüksəlib.