Bu ilin iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 776,4 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 86,1 milyon manat və ya 12,5% çoxdur.
Belə ki, ötən ilin iyunun 1-nə Azərbaycandakı bankların qeyri-işlək kreditlərinin həcmi 690,3 milyon manat idi.
Bu dövrdə bankların qeyri-işlək kreditlərinin 420,8 milyon manatı biznes kreditlərinin, 319,6 milyon manatı istehlak kreditlərinin, 36 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.
QİK biznes kreditlərinin həcmi aylıq müqayisədə 27,8 milyon manat (7,1%), illik isə 5 milyon manat (1,2%) artıb. Ümumi portfeldə isə çəkisi 2,8%-ə bərabər olub ki, bu da aylıq 0,2 faiz bəndi çox, illik 0,2 faiz bəndi azdır.
QİK istehlak kreditlərinin həcmi aylıq müqayisədə 13,2 milyon manat (4,3%), illik 86,6 milyon manat (37,2%) artıb. Ümumi portfeldə isə çəkisi 3,6%-ə bərabər olub ki, bu da aylıq 0,1 faiz bəndi, illik 0,5 faiz bəndi çoxdur.
QİK ipoteka kreditlərinin həcmi aylıq müqayisədə 1,3 milyon manat (3,7%) artıb, illik isə 5,4 milyon manat (13%) azalıb. Ümumi portfeldə isə çəkisi 0,8%-ə bərabər olub ki, bu da aylıq müqayisədə dəyişməyib, illik isə 0,3 faiz bəndi azdır.
Bankların qeyri-işlək kreditləri ümumi kredit portfelinin 2,7%-ni təşkil edir.