Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin (QİK) ümumi həcmi 805,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 102 milyon manat və ya 14,5% artım deməkdir.
Belə ki, ötən ilin noyabrın 1-nə bankların qeyri-işlək kreditlərinin ümumi həcmi 703,3 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artım tendensiyasını təsdiqləyir. Ötən ilin sonu (655,1 mln. manat) ilə müqayisədə problemli kreditlər 150,2 milyon manat (22,9%) artıb. Aylıq müqayisədə isə (oktyabra nəzərən) portfel 7,7 milyon manat (1%) böyüyüb.
Xatırladaq ki, bankların cəmi qeyri-işlək kreditləri bu ilin oktyabrın 1-nə 797,6 milyon manat, ötən ilin sonunda 655,1 milyon manat, ötən ilin eyni dövründə isə 703,3 milyon manat təşkil edirdi.
Noyabrın 1-nə olan məlumata görə, qeyri-işlək kreditlər ümumi kredit portfelinin 2,7%-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (2,6%) ilə müqayisədə 0,1 faiz bəndi artıb (pisləşib). Ötən ilin sonu (2,4%) ilə müqayisədə isə portfeldəki pay 0,3 faiz bəndi pisləşib. Aylıq müqayisədə isə dəyişiklik qeydə alınmayıb.










