Azərbaycan bank sektorunun ümumi kredit portfeli bu ilin noyabrın 1-nə 29 milyard 403,9 milyon manata çataraq yeni tarixi rekorda imza atıb.
FED.az Mərkzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 323,4 milyon manat və ya 8,6% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə bankların cəmi kredit portfeli 27 milyard 80,5 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonu (27 mlrd. 477,7 mln. manat) ilə müqayisədə artım 1 milyard 926,2 milyon manat (7%) təşkil edib. Aylıq müqayisədə isə (oktyabra nəzərən) portfel 127,6 milyon manat (0,4%) böyüyüb.
Xatırladaq ki, bankların cəmi kredit portfeli bu ilin oktyabrın 1-nə 29 milyard 276,3 milyon manat, ötən ilin sonunda 27 milyard 477,7 milyon manat, ötən ilin eyni dövründə isə 27 milyard 80,5 milyon manat təşkil edirdi.











