2025-ci ildə bankların istehlak kreditləri portfelində problemli kreditlərin həcmi 304,6 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, illik müqayisədə 58,3 milyon manat və ya 23,7% kəskin artım deməkdir.
Nəticədə, istehlak kreditləri portfelində problemli kreditlərin payı da 2,9%-dən 3,3%-ə yüksələrək 0,4 faiz bəndi artıb.
Xatırladaq ki, əvvəlki ilin sonunda problemli istehlak kreditləri 246,3 milyon manat idi.












