Ötən il bankların biznes kreditləri portfelində problemli kreditlərin həcmi 428,8 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, illik müqayisədə 54 milyon manat və ya 14,4% artım deməkdir.
Bu seqmentdə qeyri-işlək kreditlərin ümumi biznes kreditləri portfelindəki payı da 2,5%-dən 2,7%-ə yüksələrək 0,2 faiz bəndi pisləşib.
Xatırladaq ki, əvvəlki ilin sonunda problemli biznes kreditləri 374,8 milyon manat idi.












