Azərbaycanın bank sektorunda qeyri-işlək biznes kreditlərinin həcmi dekabrın 1-nə 447,8 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 milyon manat və ya 8,6% artım deməkdir.
Ötən il dekabrın 1-də bankların problemli biznes kreditləri portfeli 412,5 milyon manat təşkil edirdi.
Bu seqmentdə artım tendensiyası ilin əvvəlindən bəri davam edir. Ötən ilin sonuna (374,8 mln. manat) nəzərən portfel 73 milyon manat (19,5%) böyüyüb. Son bir ayda isə (noyabra nəzərən) 0,4 milyon manat (0,1%) cüzi artım qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, problemli biznes kreditləri portfeli bu ilin noyabrın 1-nə 447,4 milyon manat, ötən ilin sonunda 374,8 milyon manat, ötən ilin eyni dövründə isə 412,5 milyon manat təşkil edirdi.
Problemli kreditlərin ümumi biznes kreditləri portfelindəki payı isə 2,8% təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (2,8%) ilə müqayisədə dəyişməyib. Lakin ötən ilin sonu (2,5%) ilə müqayisədə 0,3 faiz bəndi pisləşib. Son bir ayla (2,9%) müqayisədə isə portfelin keyfiyyəti 0,1 faiz bəndi yaxşılaşıb.












