Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərmanına dəyişiklik edib.
Ərəblər Azərbaycan bankından pay alacaqlar, YENİ ANLAŞMA - DETALLAR
FED.az xəbər verir ki, dövlət başçısı bu fərmanı ilə “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 2009-cu il 7 avqust tarixli 144 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2021-ci il 22 sentyabr tarixli 1448 nömrəli və “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” 2022-ci il 16 iyul tarixli 1752 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə də dəyişiklik edib.
Yeni fərmana əsasən sözügedən frəmanın 3.1-ci bəndindən “sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət” sözləri çıxarılıb.
Eyni qayda ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1752 nömrəli Fərmanından da 2.1-ci bəndindən “sədr də daxil olmaqla, 3 (üç) üzvdən ibarət” sözləri çıxarılıb.
Başqa sözlə, dövlət başçısının fərmanı ilə dövlətə məxsus olan hər iki bankın idarə heyəti ilə bağlı indiyədək mövcud olan format dəyişir.
Xatırladaq ki, indiyədək Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla, 5 üzvdən ibarət, "Azər-Türk Bank"da isə bankın fəaliyyətinə ümumi rəhbərliyi sədr də daxil olmaqla, 3 üzvdən ibarət Müşahidə Şurası həyata keçirirdi.