«Bank of Baku» 2020-ci ilin 1-ci rübünü 1 milyon 968 min manat mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 28,5% artaraq 13 milyon 502 min manat, faiz xərcləri isə 3,8% azalaraq 3 milyon 125 min manat olub.
Bu dövrdə bankın qeyri-faiz gəliri 85,4% artaraq 2 milyon 607 min manat, qeyri-faiz xərci isə təqribən 96% artaraq 9 milyon 985 min manat təşkil edib.
«Bank of Baku» bu rüb ərzində mümkün zərərlər üzrə cəmi 80 min manat ehtiyat yaradıb, halbıki ötən il bu məbləğ 11 milyon 311 min manat idi.
Nəticədə bu il bankın vergidən əvvəlki mənfəəti 2 milyon 918 min manat, 950 min manait mənfəət vergisindən sonra isə bankın xalisə mənfəəti 1 milyon 968 min manat olub.
Birincü rübün sonunda «Bank of Baku»nun aktivləri 426,3 milyon manat olub ki, bu da ilin əvvəlinə nisbətən 11,9% çoxdur. Bunun 239 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Rüb ərzində Bankın kredit portfeli 8,6% böyüyüb.
Rüb ərzində «Bank of Baku»nun öhdəlikləri 13,6% artaraq 360 milyon manata çatıb, depozit portfeli isə ilin əvvəlindən dəyişməyərək 182,9 milyon manat olub. Bankın kapitalı kapitalı isə 3,6% artaraq 66,3 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-li səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.