Azərbaycanın aparıcı banklarından olan «Premium Bank» 2022-ci ilin 3-cü rübü üzrə nəticələrini açıqlayıb.
Eləcə də bax: «Premium Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, 3-cü rübün sonuna bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manat və ya 6% azalaraq 22,9 milyon manata enib. Bunun böyük hissəsi kredit faizlərindən gəlirlərdir – 21,9 milyon manat – bu göstərici də 1,4 milyon manat azalıb.
Bankın faiz xərcləri isə 37% faiz və ya 4,3 milyon manat azalaraq 11,7 milyon manatdan 7,4 milyon manata enib.
Azalmaya səbəb bankdakı əmanət sahiblərinə ödənilən faizlərin kəskin – 10,8 milyon manatdan 6,4 milyon manata - düşməsidir.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 2,5 milyon manat artaraq 10,5 milyondan 12,9 milyon manata yüksəlib. Təkcə komissiya və haqq gəlirləri 2 milyon manat artaaq 7,1 milyon manatdan 9,1 milyon manata yüksəlib.
Bankın qeyri-faiz xərcləri isə 3,4 milyon manat azalaraq 24,1 milyon manatdan 20,7 milyon manata enib.
Bu dövrdə bankda əmak haqqı xərcləri 22% artaraq 4,3 milyon manatı keçib. İnzibati xərclər isə təqribən 14% artımla 2,7 milyon manatı keçib.
«Premium Bank»da qeyri-faiz xərclərinin azalması digər xərclər maddəsi hesabına olub – 17,3 milyondan 12,9 milyon manatadək azalma.
Nəticədə bank 3-cü rübü 7,7 milyon manat əməliyyat mənfəti ilə başa vurub.
Amma bu məbləğin 3,7 milyon manatı mümkün zərərlər üzrə ehtiyatlara ayrılıb. Nəticədə bankın xalis mənfəəti 4 012 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəət 42% azalıb.
2022-ci ilin 3-cü rübünün nəticələrinə görə, «Premium Bank»ın aktivləri 42 milyon manat və ya 5,5% artaraq 802 milyon manata yüksəlib.
Aktivlərin artımı bankın nağd və ya bloklaşdırılmış vəsaiitlərinin hesabınadır – 48 milyon manat artaraq 292 milyon manata yüksəlib.
Hesabatdan aydın olur ki, «Premium bank» kredit yerləşdirdirmək problemi ilə üzləşib. Bankın kredit portfeli 30 milyon manat azalıb, həmin pulun 25 milyonunu «Premium Bank» ilk dəfə olaraq başqa banklarda depozit kimi yerləşdirməyə başlayıb. Kredit portfelinin azalması özünü biznes kreditlərində göstərib – 34 milyon manatlıq azalma ilə 477 milyon manatdan 443 milyon manata enib.
İstehlak kreditlərinin 2 dəfədən çox artaraq 1,7-dək 4 milyon manata yüksəlməsi vəziyyəti dəyişməyib.
3-cü rübün nəticələrinə görə, «Premium bank»ın öhdəlikləri 45 milyon manat və ya təqribən 8% artaraq 619 milyon manat yüksəlib.
Bankda fiziki şəxslərin depozitləri demək olar dəyişməyib – 4 milyon manat ə ya 1,3% artım. Əvəzində şirkətlərin depozitləri 53 milyon artaraq 191 milyondan 244 milyon manata yüksəlib.
3-cü rübün sonuna «Premium Bank»ın cəmi kapitalı 3,2 milyon manat azalaraq 185,9 milyon manatdan 182,7 milyon manata enib.