FED.az Azərbaycanın aparıcı banklarından olan «Premium Bank»ın gəlir mənbələrini təqdim edir.
«Xalq Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Premium Bank»ın ümumi gəlirləri 22 milyon 824 min manat təşkil edib.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 14,7 milyon manatı və ya 64%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 5,4 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 24%-i deməkdir.
Daha 2,1 milyon manat isə «Premium Bank»ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 9%-i. «Premium Bank»da valyuta əməliyyatlarının ümumi gəlirlərdə belə yüksək pay almasının səbəblərindən biri göstərilmir. Bununla yanaşı, qeyd edək ki, «Premium Bank» Bakı Hava Limanında valyuta dəyişmə məntəqəsi olan iki bankdan biridir.
Beləliklə bankın bütün gəlirlərinin 97%-i faizi yuxarıda sadalanan sahələrdən – kredit faizi, komissiya haqqı və valyuta əməliyyatlarından gəlir. Bank qiymətli kağızlarla əməliyyatlara demək olar ki, tabu qoyub.
«Premium Bank»ın banklarda depozit və kredit yerləşdirmək münasibətləri demək olar ki, yoxdur, əvaəzində bank özü başqa maliyyə qurumlarından kredit götürüb və onlar üzrə ödənişlər edir.
Digər faiz gəlirləri isə 660 min manat və ya ümumi gəlirlərin 3%-ni təşkil edir.
Ümumiyətlə, «Premium Bank»ın gəlirlərinin 67%-i faiz, 33%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
14 645 |
64% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
9 |
- |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
5 389 |
24% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 118 |
9% |
Digər faiz gəlirləri |
660 |
3% |
Digər qeyri-faiz gəlirləri |
3 |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
22 824 |
100% |