FED.az Azərbaycanın aparıcı banklarından olan “Premium Bank”ın gəlir mənbələrini təqdim edir.
«Premium bank» tədricən «kiçilir», bankdakı depozitlər geri çəkilir - HESABAT
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə “Premium Bank”ın ümumi gəlirləri 23 milyon 945 min manat təşkil edib. Bu göstərici ilə bank ölkə sistemində banklar arasında 16-cı yerdədir.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 14 milyon 107 min manatı və ya 59%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 5 milyon 954 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 24%-i deməkdir.
Daha 1 milyon 909 min manat isə “Premium Bank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 7%-i. Bununla yanaşı, qeyd edək ki, “Premium Bank” Bakı Hava Limanında valyuta dəyişmə məntəqəsi olan iki bankdan biridir.
Bankın başqa banklara depozit yerləşdirməsi banka ümumi gəlirlərinin 5%-i həcmində - 1 milyon 225 min manat qazandırıb. Bankın digər faiz və digər qeyri-faiz gəlirləri isə 675 min manat olmuşdur başqa sözlə ümumi gəlirlərin 4%-i.
Qiymətli kağızlar bazarına yatırımlar banka 75 min manat başqa sözlə ümumi gəlirlərin 1%-i həcmində vəsait qazandırıb.
Ümumiyətlə, “Premium Bank”ın gəlirlərinin 68%-i faiz, 32%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
14 107 |
59% |
Komissiya haqları |
5 954 |
24% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 909 |
7% |
QK-a investisiyadan gəlir |
75 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
1 225 |
5% |
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Digər faiz gəlirləri |
665 |
3% |
Digər qeyri-faiz gəlirləri |
10 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
23 945 |
100% |