Azərbaycanın ən iri banklarından olan “Paşa Bank” ASC-nin kart vasitəsi ilə həyata keçirilən əməliyyatlarında müvəqqəti çətinliklər ola bilər. FED.az xəbəır verir ki, bununla bağlı bank müştərilərini öncədən məlumatdırıb.
Qeyd olunur ki, 27.10.2023-cü il saat 02:00-dan 06:00-dək sistemin təkmilləşdirilməsi üzrə texniki işlər aparılacaq. Bununla əlaqədar olaraq qeyd olunmuş müddət ərzində kartla həyata keçirilən bütün əməliyyatlarda çətinliklər müşahidə oluna bilər.