Azərbaycanın bank sektorunun liderlərindən olan «KapitalBank» 2023-cü ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə «KapitalBank»ın faiz gəlirləri 166 milyon manat (27 milyon manat artıb) olub ki, onun da 125 milyon manatı kredit faizlərindən daxil olan gəlirlər, 29 milyon manat isə qiymətli kağızlardan gəlirlər olub – 11 milyon manat artıb.
Bankın faiz xərcləri 23,3 milyon manat olub, bunun 16,6 milyon manatı əmanət sahiblərinə ödənilən faizlərdir.
1-ci rübdə «KapitalBank»ın qeyri-faiz gəlirləri 100,7 milyon manat olub, bunun 88 milyon manatı komissiya və xidmət haqlarıdır – ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon manat artıb.
Bankın qeyri-faiz xərcləri də 28 milyon manat artaraq 131,5 milyon manat olub.
Bunun 49 milyon manatı əmək haqqına (9 milyon artıb), 10 milyon manatı inzibati xərclərə (2 milyon manat artıb), 64 milyon manat sair xərclərə sərf edilib.
Nəticədə bank rübü 112 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb, bunun 8 milyon manatı ehtiyatlara yönəldilib, 19,8 milyon manat isə vergi olaraq ödənilib. Nəticədə bank 1-ci rübü 83,5 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bu - ötən ilin eyni dövrü ilə müqayiədə 33 milyon manat və ya 66% artıqdır.
1-ci rübün sonunda «Kapitalbank»ın aktivləri 7 milyard 728 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bankın aktivlərində 94 milyon manat azalma var.
Müştərilərə verilən kreditlər 3 milyard 225 milyon manat, qiymətli kağızlara yatırımlar 2 milyard 60 milyon manat olub.
1-ci rübün sonuna Bankın öhdəlikləri 6 milyard 822 milyon manat olub – 2022-ci ilin sonu ilə müqayisədə öhdəliklərdə 170 milyon manat yaxın azalma var.
Bankın depozit portfeli isə 5 milyard 912 milyon manat olub. Bunun 1 milyard 758 milyon manatı fiziki şəxslərin, 4 milyaprd 154 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.
Bankın kapitalı isə rüb ərzində 80 milyon manat artaraq 906,5 milyon manata çatıb.