Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank» 2023-cü ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 100,8 milyon manat, faiz xərcləri 12,9 milyon manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri 29,7 milyon manat, qeyri- faiz xərcləri isə 52,2 milyon manat olub.
Bank mümküne zərərlər üzrə ehtiyatlara 5,4 milyon manat ayırıb, mənfəət vergisi kimi isə 12,6 milyon manat ödəyib.
Nəticədə «Paşa Bank» 1-ci rübü 42,2 milyon manat xalis mənfəətlə tamamlayıb.
1-ci rübün sonuna «Paşa Bank»ın aktivləri 8 milyard 693 milyon manata bərabər olub.
Bunun 2 milyard 257 milyon manatı qiymətli kağızlara yatırılıb, 2 milyard 754 milyon manatı isə müştərilərə verilən kreditlər olub.
Bankın öhdəlikləri isə 7 milyard 973 milyon manta yaxınlaşıb.
2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, bankın depozit portfeli 7 milyard 105 milyon manat təşkil edib. Bunun 1 milyard 608 milyon manatı fiziki şəxslərin depoziti, 5 milyard 497 milyon manat isə hüquqi şəxslərin depozitləri olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə fiziki şəxslərin depozitləri 238 milyon manat azalıb, hüquqi şəxslərin depoziti isə 1 milyard 674 milyon manat artıb.
2022-ci ilin sonu ilə müqayisədə isə fiziki şəxslərin depozitləri 40 milyon manat, hüquqi şəxslərin depozitləri 60 milyon manat artıb.
1-ci rübün sonuna «Paşa Bank»ın başqa kredit təşkilatları qarşısında borcları 35 milyon manat artaraq 603 milyon manatı keçib.
2023-cü ilin 1-ci rübünün sonuna bankın cəmi kapitalı 720 milyon manata yüksəlib.