“PAŞA Holdinq” MMC “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin bir hissəsini törəmə şirkətlərinə - “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərə satıb.
Eləcə də bax: «Kapitalbank» ABŞ-ın qiymətli kağızlarına - BÖYÜK MƏBLƏĞ YATIRIB
FED.az bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, Holdinq sahib olduğu hər birinin nominal dəyəri 12,39 manat olan 3 225 561 ədəd imtiyazlı səhmin 2 421 307-nin və yaxud 75%-nin sığorta şirkətlərinə satıb. Belə ki, səhmlərin 1 614 205 ədədini və yaxud 50%-ni “PAŞA Sığorta”, 807 102 ədədini və yaxud 25%-ni “PAŞA Həyat Sığorta” alıb. Son nəticədə şirkətlər qrupunun birbaşa sahib olduğu imtiyazlı səhmlərin sayı 804 254-ə düşüb, birbaşa imtiyazlı səhm sahibi olan hüquqi şəxslərin sayı isə 1-dən 3-ə çatıb.
“Kapital Bank” ASC-də imtiyazlı səhm sahibi olan fiziki şəxslərin sayı isə dəyişməyərək 61 qalıb. Onlar yenə də 2 849 imtiyazlı səhmə malikdirlər (dövriyyədə ümumilikdə 3 228 410 ədəd imtiyazlı səhm var).
“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb.