Azərbaycanın aparıcı banklarından olan «Kapitalbank» 2019-cu ildə ABŞ-ın qiymətli kağızlar bazarına sərmayə yatırıb.
FED.az xəbər verir ki, ötən il bank ABŞ-ın xəzinə çeklərinə 139,22 milyon manat və ya təqribən 82 milyon dollar yatırıb.
Eləcə də bax: Kapital Bank-dan şirkətlərə və sahibkarlara - NÖVBƏTİ GÜZƏŞT
Bu – bankın qiymətli kağızlara yatırdığı ən böyük paydır.
Ümumilikdə ötən ilin yekununda bankın investisiya qiymətli kağızlarına yatırımlarının həcmi 465,1 milyon manat təşkil edib.
Bundan 139,22 milyon manat ABŞ kağızlarına, 118,6 milyon manat AMB notlarına, 117,4 milyon manat Maliyyə Nazirliynin istiqrazlarına, 19,9 milyon manat korporativ istiqrazlara, 62,1 milyon manat isə İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarına yatırılıb.