Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank» 2022-ci ilin 2-ci rübünün yekunları üzrə hesabatını açıqlayıb.
Azərbaycanın ən böyük bankı borclarını sürətlə qaytarır - YÜKSƏK MƏNFƏƏT AÇIQLADI – BANK HESABATI
FED.az xəbər verir ki, hesabat dövründə bankın aktivləri 7 milyard 422 milyon manat, kredit portfeli 2 milyard 511 milyon manat, nağd vəsaitləri 1 milyard 761 milyon manat, qiymətli kağızlara yatırımları 1 milyard 700 milyon manat, digər banklardakı depozitləri 1 milyard 71 milyon manat təşkil edib.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – TAM SİYAHI - YENİLƏNİB
İlin əvvəli ilə müqayisədə, bankın kredit portfeli 35 milyon manat azalıb, azalma biznes kreditlərin hesabına olub – bankın biznes kredit portfeli 72 milyon manat azalıb. İstehlak kreditlərində isə 21 milyon manat artım olub.
Bu ilin ilk 6 ayı ərzində «Paşa Bank» qiymətli kağızlara yatırımları təqribən 65 milyon manat azaldıb. Əvəzində qiymətli kağızlara yatırımlar 4,3 dəfə artaraq 390 milyon manatdan 1,7 milyard manata yüksəlib.
«Paşa Bank»da fiziki şəxslərin əmanətləri azalıb
İlk yarım ilin yekunlarına görə «Paşa Bank»ın öhdəlikləri 6 milyard 640 milyon manat olub. Bu dövrdə bankda fiziki şəxslərin əmanətləri 371 milyon manat və ya 22,6% azalaraq 1 milyard 269 milyon manata enib.
Bankda hüquqi şəxslərin depozitləri isə 1,3 milyard manat artaraq 4 milyard 682 milyon manata yüksəlib.
Hesabat dövrünün yekununa «Paşa Bank»ın kapitalı daha 5 milyon manat artaraq 582 milyon manata yüksəlib.
2022-ci ilin ilk yarısında «Paşa Bank»ın faiz gəlirləri 145,8 milyon manat (13,2% artım), faiz xərcləri 25 milyon manat olub (5,2% azalma).
Bankın qeyri-faiz gəlirləri 78 milyon manat (30% artım), qeydi faiz-xərcləri 103,6 milyon manat (37% artım) təşkil edib.
Nəticədə bank yarım ili 93,7 milyon manat (8,2% artım) əməliyyat mənfəəti ilə başa vurub.
Ehtiyat ayırmalar və mənfəət vergisi ödənişlərindən sonra bankın xalis mənfəəti 64,8 milyon manat (28% artım) olub.