Azərbaycanın ən böyük banklarından olan «Paşa Bank»ın rəhbər şəxslərinin maaşları kəskin artıb.
"Paşa Bank"ın səhmdarları bu tarixdə - YENİDƏN TOPLNIR
FED.az maliyyə və biznes xəbərləri portalı xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında «Paşa Bank»ın rəhbər şəxslərinin ümumi maaş və bonusları təqribən 10 milyon manat, daha dəqiqi 9 milyon 793 min manat olub.
Başqa sözlə, «Paşa Bank»ın top menecmentinin aylıq gəliri 1 milyon 632 min manat təşkil edib.
Göstərilən məbləğdən 8 milyon 605 min manat net ödəniş, 1 milyon 188 min manat isə sosial sığorta ödənişləridir.
Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayı ərzində «Paşa Bank»ın top menecmentinin ümumi maaş və bonusları 8 milyon 789 min manat olmuşdu.
Bunun 7 milyon 706 min manatı net ödəniş, 1 milyon 074 min manatı isə sosial sığorta haqlarıdır.
Başqa sözlə, 2025-ci ildə bank rəhbərliyinin gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqavisədə 1 milyon 013 min manat və ya 11% artıb.
«Paşa Bank» bankdaxili ödənişlərə yeni komissiya tətbiq edəcək - MƏBLƏĞLƏR
Maraqlıdır ki, göstərilən dövrdə «Paşa Bank»da ümumi əmək haqları azalıb. Belə ki, 2024-cü ilin ilk 6 ayı ərzində bankda ödənilən əmək haqqı fondu 56 milyon 104 min manat olduğu halda, 2025-ci ilin ilk 6 ayında bu rəqəm 50 milyon 124 min manata enib – yəni 6 milyon manat və ya təqribən 11% azalıb.